VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan elminə ağır itki üz verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, müasir Azərbaycan fəlsəfə elminin görkəmli simalarından biri, fəlsəfə elmləri doktoru, professor Əlikram Mirhəsən oğlu Tağıyev dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Tağıyev 1945-ci ildə İmişli rayonunda anadan olub. M.F.Axundov adına APDİ-də ingilis və Azərbaycan dili ixtisası üzrə təhsil alıb. Fəlsəfə, politologiya, sosiologiya və kulturologiya sahəsində ixtisaslaşmış, müəyyən əhəmiyyət kəsb edən elmi araşdırmalar aparıb. Namizədlik və doktorluq işləri milli-etnik problemlər sahəsində olub. Milli ideya ve milli ideologiya problemləri ilə məşğul olan mərhum Akademiyanın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun "Politologiya" şöbəsinin müdiri olub. 30-dan çox elmi monoqrafiyanın, 200-dən çox elmi məqalələr müəllifi olub.

BAKU.WS