SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Peyğəmbər məscidi yaxınlığında güclü partlayış baş verib.

BAKU.WS-in məlumatına görə. bu barədə "Əl-Ərəbiyyə" peyk telekanalı məlumat verib. Məlumatda bildirilir ki, terrorçu-kamikadze kompleksin ərazisinin girişində - nəzarət-buraxılış məntəqəsinin yanında partlayıcı qurğunu işə salıb. Hadisə nəticəsində 6 nəfər həlak olub, 10 nəfər isə yaralanıb. Zəvvarlar arasında zərərçəkənlərin olmadığı qeyd edilir.

Bundan başqa, terror aktı zamanı hadisə yerinin yaxınlığında olan bir neçə avtomobil də yanıb.

Peyğəmbər məscidi Məkkədə müsəlmanların ikinci ən müqəddəs ibadətgahıdır.
 
BAKU.WS