Goranboy sakini Bakıda döyülüb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə noyabrın 30-da saat 23 radələrində 28 May qəsəbəsi ərazisində bir neçə nəfərin Goranboy rayon sakini V.İsmayılovu döyərək 150 manat pulunu almaları barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Sulutəpə qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş N.İbrahimov, A.Ağayev, S.Həşimov, O.Rüstəmli, H.Bəhramov, N.Yunuslu və S.Mirzəyev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS