SİZİN REKLAM BURADA!
055 213 76 73


Füzulidə 2 nəfər pomidor turşusundan zəhərlənib. 35 yaşlı Ricay Mirzəyev dünyasını dəyişib, 10 yaşlı qızının həyatını isə xilas etmək mümkün olub. Soyuq havalarda insanlar turşudan daha çox istifadə edirlər. Bu zaman diqqətli olmaq lazımdır. Narahatlıq hiss etdikdə vaxt itirmədən həkimə müraciət olunmalıdır.

BAKU.WS "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, bir ailənin iki üzvü pomidor turşusundan zəhərlənib. Nəticədə ata dünyasını dəyişdi, övladının isə vəziyyəti ağırdır.

Hadisə 3 gün əvvəl Füzuli rayonunda baş verib. Pomidor turşusundan zəhərlənən 35 yaşlı Ricay Mirzəyev və qızı 10 yaşlı Aytac Mirzəyeva zəhərlənmə diaqnozu ilə əvvəlcə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Daha sonra hər iki şəxsin vəziyyəti ağırlaşdığı üçün Bakıya gətiriliblər.

Ötən gün "Kliniki Tibbi Mərkəz" publik-hüquqi şəxsin Toksikologiya şöbəsinə yerləşdirilən ata və qızına tibbi yardım göstərilib. Şöbənin baş həkimi Azər Maqsudovun sözlərinə görə, mərkəzə gətirilərkən onların vəziyyəti çox ağır olub.

Daha sonra 10 yaşlı Aytac Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olaraq qalır. Ailənin digər üzvləri də turşudan istifadə etsələr də, zəhərlənən olmayıb

Azər Maqsudovun sözlərinə görə, zəhərlənmə diaqnozu ilə oktyabr ayından etibarən toksikologiya şöbəsinə 14 nəfər müraciət edib. Onlar arasında ölən olmayıb. Şöbə müdirinin sözlərinə görə insanlar bu mövsümdə turşulardan daha çox istifadə edirlər. Bu zaman diqqətli olmaq lazımdır.

Turşu yedikdən sonra özlərini narahat edən vətəndaşlar vaxt itirmədən həkimə müraciət etməlidirlər. Ev şəraitində hansısa qabaqlayıcı tədbirin görülməsi tövsiyə olunmur.

BAKU.WS
VİDEO