SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ABŞ-da gecə klubunda baş verən dəhşətli cinayətin görüntüləri yayılıb.
 
BAKU.WS-in məlumatına görə, ABŞ-da homoseksualların getdiyi bir gecə klubuna silahlı hücum təşkil edən Ömər Metin adlı şəxs ABŞ-ın Florida ştatının Orlando şəhərində kütləvi qırğın törədib. Cinayəti törədən Ömər gecə klubuna girdikdən sonra ətrafa atəş açmağa başlayıb. 
 
ABŞ tarixinin ən böyük qırğınlardan birini reallaşdıran Ömər 50 adamı öldürüb, 53 adamı isə yaralayıb. 29 yaşında olduğu öyrənilən Ömərin qatı dindar olduğu güman edilir. İddialara görə, Ömər Mətin homoseksual klubunda kişilərin bir-biriylə öpüşməsini görüb əsəbiləşib və oranı qan gölünə çevirib.

1986-ci il təvəllüdlü şübhəli Ömər Sadiq Mətinin İŞİD-ə bağlılıq andı içdiyi məlum olub. Terrorçunun atasının da keçən il Əfqanıstandakı prezident seçkilərində namizəd olduğu ortaya çıxıb.

Polis gəncin evində axtarış apararkən tüfəng və tapança aşkarlayıb. Ömər Sadiq Mətinin 2011-ci ildə boşandığı həyat yoldaşı isə keçmiş ərinin əqli problemləri olduğunu iddia edib. 
 
BAKU.WS