SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan prezidenti İlham Əliyev Rumıniyanın prezidenti Klaus İohannisə başsağlığı verib. 
 
BAKU.WS-in məlumatına görə, başsağlığı məktubunda deyilir: 
 
"Buxarest şəhərindəki gecə klubunda baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Rumıniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
 
Xatırladaq ki, ötən gün Rumıniyanın paytaxtındakı gecə klublarından birində yanğın baş verib. Hadisə nəticəsində, əsasən yeniyetmələr və gənclər olmaqla, 27 nəfər dünyasını dəyişib. "Cloectiv" klubunda yanğın cümə günü gecə saatlarında başlayıb və hadisə klubun çıxışında sıxlığa səbəb olub.
 
Yanğın hadisəsindən zərər çəkmiş 155 nəfərə hospitalda yardım göstərilib. Yanğına səbəbin klubun içindəki atəşfəşanlığın olduğu güman edilir.

BAKU.WS