Azərbaycanda iki kafe yanıb

15
sen
2021
09:43
Xaçmazda iki kafe yanıb.
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonunun Çarxı kəndində ümumi sahəsi 98 m² olan kafe kimi fəaliyyət göstərən ikimərtəbəli tikilinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 49 m² sahədə yanıb.
Bundan başqa Çarxı kəndində ümumi sahəsi 100 m² olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları 60 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Lənkəran və Ağstafada evlər yanaraq külə dönüb
Lənkəran şəhərinin Yuxarı Nüvədi kəndində ümumi sahəsi 112 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 92 m² sahədə yanıb.BAKU.WS xəbər veri...
