SİZİN REKLAM BURADA!
055 213 76 73


Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan "Azərbaycan Hava Yolları" aviaşirkətinin "Airbus A320" təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.

BAKU.WS bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə istinadən xəbər verir.

"Sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək. Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək", deyə məlumatda bildirilir.

BAKU.WS