VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polis əməkdaşını döyən deputatla bağlı Baş Prokurorluğa müraciət edildi.

BAKU.WS xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyi deputatın hərəkətləri ilə bağlı toplanmış materialları Baş Prokurorluğa təqdim edib.

“Bizə rəsmi məlumat daxil olmadan Milli Məclisin deputatı barədə müzakirə aça bilmərik. Bunun üçün ya vətəndaş, ya da onun işlədiyi rəsmi qurum tərəfindən məlumat daxil olmalıdır”.

Bu sözləri isə Lent.az-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı deyib. O bildirib ki, hadisə ilə bağlı komissiyaya da hər hansı müraciət yoxdur:

“Hazırda Milli Məclisdə məzuniyyət dövrüdür. Əgər belə bir hadisənin baş verməsi barədə məlumat daxil olarsa, buna məzuniyyətdən qayıtdıqdan sonra baxacağıq”.

Qeyd edək ki, ötən gün deputatın polis əməkdaşını döyməsi ilə bağlı Lent.az xəbər yayıb.

Hadisə Nabranda baş verib. Polis əməkdaşları Nabranda karantin qaydalarını pozan obyektlərdən birində reyd keçirən zaman obyektin sahibi ilə qohum olan, Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşları ilə mübahisə edib. Mübahisə zəminində deputat polis əməkdaşını vurub.

BAKU.WS