SİZİN REKLAM BURADA!
055 213 76 73


Lənkəran rayonunun Gərmətük kəndi ərazisində “VAZ-2107” ilə “Chevrolet” markalı avtomobillər toqquşub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Firudin Babayevə məxsus 10-RM-069 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobil yaxınlıqdakı yüksək gərginlikli elektrik dirəyini aşırıb və nəticədə nəqliyyat vasitəsi alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Lənkəran Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.

Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS