SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qətl törətməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bu barədə BAKU.WS-ə Yasamal Rayon Prokurorluğundan məlumat verilib.

2020-ci il avqustun 05-də şəhər sakini Əli Cəfərovun kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Respublika Kliniki Xəstəxanasına yerləşdirilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.

İstintaqla müəyyən edilmişdir ki, İbrahim Dadaşov şərikli taksi fəaliyyəti ilə məşğul olmaq üçün ona idarəetməyə verilmiş avtomobilin geri tələb edilməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı tanışı Əli Cəfərovu mətbəx bıçağı ilə vurub xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etmişdir.

İbrahim Dadaşov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

BAKU.WS