SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Sumqayıt şosseninin Bakının Binəqədi rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bir avtomobil sürücüsünün səhvi nəticəsində qeydə alınıb.

“Lexus” markalı avtomobil idarəetmədən çıxaraq “Peuget” və “Hyundai” markalı avtomobillərə çırpılıb.

Daha sonra digər “Hyundai” markalı nəqliyyat vasitəsinin sürücüsü üç avtomobilin toqquşmasını görüb və sükana nəzarəti itirib.

Nəticədə “Hyundai” “Mercedes” markalı mikroavtobusa çırpılıb.

Qəza nəticəsində “Peuget” markalı avtomobilin sürücüsü xəsarət alıb.

BAKU.WS
VİDEO

QALEREYA