SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 98 dəfə pozub.

 


Müdafiə Nazirliyindən BAKU.WS-ə bildirilir ki, Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şıxlar, Şuraabad, Baş Qərvənd, Sarıcalı, Cəvahirli, Yusifcanlı, Kəngərli, Novruzlu, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, eləcə də Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

 

Düşmən cavab atəşi ilə susdurulub.

 
BAKU.WS