SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsində 1994-cü il təvəllüdlü Məmmədov Pərvin Əzim oğlu və 1999-cu il təvəllüdlü Hacıyev Yusif Sərdar oğlu yolu keçmək istəyərkən avtomobil onları vurub.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Y.Hacıyevə başın təpə nahiyəsinin, P.Məmmədova isə diz nahiyəsinin əziyi diaqnozları qoyulub.

BAKU.WS