Bakıda dəhşətli hadisə: Bir evdən 5 nəfərin meyiti tapıldı

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivindəki fərdi yaşayış evlərindən birində 5 nəfərin meyiti tapılıb.
BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, meyitlər bu gün tapılıb. Bunlar 16 yaşlı Atilla Rəşad oğlu Əliyev, 17 yaşlı Lətif Rəşad oğlu Əliyev, 21 yaşlı İnkişaf İdris oğlu Allahverdiyev, 24 yaşlı Şakir İdris oğlu Allahverdiyev və 46 yaşlı Natiq Faiq oğlu Səfərovdur.
Hadisə yerinə təcili tibbi yardım çağırılıb, lakin təcili yardım briqadası hadisə yerinə çatanda həmin şəxslərin artıq öldüyünü təsbit edib. Ölümün nə vaxt baş verdiyi və səbəbləri məlum deyil.
Müvafiq ekspertizalar təyin edilib. Səbail rayon prokurorluğundan faktı təsdiqləyib və bildirdilər ki, müstəntiqlər hadisə yerindədir, araşdırmalar aparılır və günün sonunda məlumat yayılacaq.
Oxşar xəbərlər
İki uşaq anasını intim fotoları ilə şantaj etdi - Bakıda iyrənc hadisə
Bakıda qadını intim şəkilləri ilə şantaj etməkdə təqsirli bilinən İmişli rayon sakini, 1980-ci il təvəllüdlü Faiq Qasımovun (cinayət işində adı keçən şəxslərin...
