Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində körpə dünyasını dəyişib.

Goradil bağlarında 2014-cü il təvəllüdlü Zahid Məsimov həyətlərindəki su hovuzuna düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS