SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabirabad rayonunda avtomobil yanıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Moranlı kəndində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı yanıq xəsarətləri alan 2 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS