BAKU.TV öldürülən dənizçinin evində - VİDEO

BAKU.TV Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun evində olub.
BAKU.WS-in məlumatına görə, Fərman İsmayılov üçün yaşadığı Siyəzən rayonunda yas mərasimi qurulub.
XİN-in rəsmi açıqlamasına görə, Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında Fərman İsmayılovun nəşinin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.
Belə ki, meyit Türkiyənin Qabondakı Səfirliyinin vasitəçiliyi ilə paytaxt Librevilə göndəriləcək. Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə yanvarın 26-da Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır.
Ətraflı videodan izləyə bilərsiniz:
Oxşar xəbərlər
Dəniz quldurlarının qətlə yetirdiyi dənizçimizin nəşinin vətənə yola salınacağı gün məlum oldu
Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun nəşi hazırda gəmi ilə Qa...
