SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifəli vəzifəli şəxslərinin qovulması kifayət qədər ölçü deyil".
 
BAKU.WS-in məlumatına görə, bunu bu gün mətbuat konfransı keçirən Ermənistanın sabiq baş naziri, Ermənistan parlamentinin deputatı Qrant Baqratyan bildirib. 

Onun sözlərinə görə, problem Qarabağ münaqişəsi ətrafında vəziyyətin kəskinləşməsi zamanı yaranıb. Yəni, yanlış siyasət, yanlış idarə etmə mövcuddur. Sabiq baş nazir vurğulayıb ki, buna görə daha çox yüksəkrütbəli şəxs vəzifədən çıxardılmalıdır.
 
"İndi müharibə gedir və mən belə şəraitdə konkret adları açıqlamaq istəməzdim. Amma mən əvvəlki açıqlamalarımda da dedim ki, əgər ehtiyat varsa, onda hamını dəyişdirmək lazımdır", - deyə Baqratyan bildirib.
 
Sabiq baş nazir qeyd edib ki, Azərbaycan tərəfi erməni hərbçilərində olmayan gecə görmə cihazlarından istifadə edir və bu onlara böyük üstünlük yaradır: "Bu cihazların alınması üçün bir neçə milyon dollar lazımdır. Bizdə əvvəl bu cihazları istehsal edə biləcək zavodlar var idi. Ancaq hazırki hakimiyyət məqsədyünlü şəkildə bu zavodları dağıdaraq fəaliyyətini dayandırdı".
 
BAKU.WS