İllik proqnozlara əsasən, Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) 1 000 daimi iş yerinin yaradılması gözlənilir.

Bunu QHT-lərlə görüşündə şirkətin İnsan Resursları Departamentinin rəhbəri Asif Bəkirli deyib. 

A.Bəkirli bildirib ki, SOCAR tərəfindən Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinə 6 509 vakant iş yeri təqdim olunub. Onlardan 5 196-sı SOCAR-ın "Azəriqaz" İstehsalat Birlyi, 1 mini Qaz İxrac İdarəsi, 313-ü isə Nəqliyyat İdarəsi üzrə müəyyən edilib.

Departament rəhbəri deyib ki, işə qəbul zamanı kənar vətəndaşlarla yanaşı, aidiyyəti vəzifələr üzrə SOCAR-ın kadr ehtiyatları bazasına daxil edilmiş vətəndaşların da namizdəliyinə baxılacaq.

Report
BAKU.WS