Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarında ajiotajı aradan qaldırmaq üçün banklara xəbərdarlıq etməsinə baxmayaraq vəziyyət heç də ürəkaçan deyil. 

BAKU.WS
-in məlumatına görə, paytaxt əhalisi arasında hazırda həyəcan yaşanır. Şəhərin bir çox valyutadəyişmə məntəqələri və bank filialları bağlanıb. Açıq olan məntəqələrdə isə dolların satışı dayandırılıb. Valyutadəyişmə məntəqələri sahibləri bunu dollar qıtlığı ilə əlaqələndirirlər. Bildirilir ki, hazırda dollara olan təlabat artıb. Səhər saatlarından etibarən çoxsayda insan dollar almaq üçün məntəqələrin qarşısına toplaşıb. Bu səbəbdən də dollar ehtiyatı tükənib. 

Qeyd edək ki, dünən Azərbaycan Mərkəzi Bankı kommersiya banklarına dolların satış məzənnəsinin maksimal həddini 1,055 səviyyəsində götürülməsini tövsiyə edib. Qonşu ölkələrin iqtisadiyyatında baş verən proseslərdən sonra Azərbaycanda əhali arasında ajiotaj yaranıb.
 
Hətta bəzi valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 1,07 manat məzənnəsi ilə satılırdı. Banklara tövsiyə olunub ki, dolların satış məzənnəsinin maksimal həddi 1,055 səviyyəsində götürülsün", - deyə məlumatda vurğulanıb.
 
Mərkəzi Bankın bu tələbə əməl etməyən banklarla bağlı qanunvericiliyə uyğun ölçü götürüləcəyi bildirilir. Mərkəzi Bankın bazar ertəsi açıqlayacağı valyutaların rəsmi məzənnəsi maraqla gözlənilir.  

Ziya Səccad
Ayşən AYxan
BAKU.WS