SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycan Milli Elmlər Akademiyasında akademik Cəlal Əliyevlə vida mərasimi keçirilib. Azərbaycan alimi, Əməkdar elm xadimi, "Şərəf” ordenli, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru, akademiklə vida mərasiminə yaxınları, iş yoldaşları, dövlət rəsmiləri qatılıb.

BAKU.WS-in məlumatına görə, mərasimdən sonra mərhum 1-ci Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub.

Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Biologiya elmləri doktoru, professor, əməkdar elm xadimidir. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir.
Azərbaycan MEA-nın Rəyasət Heyətinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.

O, üç dəfə (1995, 2000 və 2005-ci illərdə) Milli Məclisə deputat seçilib.

"İstiqlal" ordeni ilə təltif edilib.

18 aprel 2014-cü ildə Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Cəlal Əliyev Həsən bəy Zərdabi adına mükafatla təltif olunub.
 
Allah rəhmət eləsin!

BAKU.WS