Bu gün əbədiyyətə qovuşan Fuad Poladov son mənzilə alqışlarla yola salınıb.

BAKU.WS -in məlumatına görə, dəfn mərasimində iştirak edən çoxsaylı sənət adamları, incəsənət xadimləri və sadə insanlar xarizmatik aktyora son borclarını alqışlarla veriblər.

Azərbaycanın görkəmli teatr və kino aktyoru, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı son tamaşaçı alqışını ölümü ilə qazandı.

Azərbaycanın görkəmli aktyoru, xalq artisti Fuad Poladov ömrünün 70-ci baharını yaşamağa macal tapmadan əbədiyyətə qovuşdu. Aktyor bu gecə düçar olduğu xərçəng xəstəliyi ilə mübarizini dayandırdı. Ömür vəfa etsəydi 24 mayda aktyorun 70 yaşı tamam olacaqdı.

Xalq artisti uzun sürən xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib. Mərhumla vida məraisimi evində təşkil edilib. Fuad Poladov Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. Bu onun son vəsiyyəti idi.

Allah rəhmət eləsin!

Zülfiyyə Qurbanova
BAKU.WS