SİZİN REKLAM BURADA!
055 213 76 73



“Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağa helikoterlə gəlib-gedir. Həmin helikopter Azərbaycan sərhədini hər dəfə pozur. Sərhəd pozucusuyla necə rəftar edirlər?”

BAKU.WS-in məlumatına görə, bunu Atlas araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq hesab edir ki, hava məkanını icazəsiz və mütəmadi pozan təyyarə və helikopter vurulmalıdır.

“Bəs belə isə Sərkisyanın helikopterini də vurmaq olarmı? Olar. Ancaq bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi bu səpgili açıqlama yayınlamalıdır: “Azərbaycan hava məkanını pozanlara qarşı tədbirlər sərtləşəcək, hərbi təyyarələrimiz Qarabağ və işğal altındakı digər torpaqlar da olmaqla ölkənin hava məkanı üzərindəki nəzarəti gücləndirir”. Bundan sonrasına görə məsuliyyət hava sərhədini pozanların üzərində olacaq. Torpaq işğal altındadır, hava məkanı ki, işğal olunmayıb. Kimsə bizə Qarabağ səmasını nəzarət altına almağa mane ola bilməz! Müxtəlif ölkələrdən alınan hərbi təyyarələrimizin uçuşlarını intensivləşdirməsinə ehtiyac var”, deyə Elxan Şahinoğlu bildirib.\

BAKU.WS