Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Neftçilər prospektində hələlik motosikletlərin hərəkətləri ilə bağlı heç nəyi qadağan etməyib.

Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovun BAKU.WS-ə verdiyi məlumata görə, Neftçilər prospektindəki nişan yol polisi tərəfindən qoyulmayıb.

"Mən bu barədə heç nə deyə bilmərəm. Düzü həmin ərazidə nişanı da görməmişəm. Amma yol polisi motosikletlərin hərəkətinin qadağan etməyib”, - deyə Vaqif Əsədov bildirib.

Qeyd edək ki, Neftçilər prospektində hərəkət istiqamətində dəyişiklik edilib.
 
BAKU.WS-in məlumatına görə, artıq motosikletlə Neftçilər prospektindən Azneft dairəsi istiqamətində hərəkət etmək qadağan edilib.
 
Yeni dəyişiklik bu gündən etibarən tətbiq olunmağa başlayıb. Motosiklet idarə edən sürücülər "hərəkət qadağandır" nişanı olan hissədən geri qayıtmalı və Azadlıq meydanı tərəfə getməlidirlər.  

Ziya Səccad

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ