Abşeron rayonu Xırdalan şəhərində polis əməkdaşları ilə silahlı şəxslər arasında insident baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində, dəmir yolu xəttinin yaxınlığında baş verib.

İlkin məlumata görə, hüquq mühafizə orqanı əməkdaşları iki silahlı şəxsin saxlanılması istiqamətində əməliyyat keçiriblər. Silahlı şəxslər müqavimət göstəriblər, güc strukturlarının əməkdaşları hər iki silahlını zərərsizləşdirib.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb.

APA-nın hadisə yerində olan əməkdaşının əldə etdiyi məlumata görə, yaxınlıqda yaşayan sakinlər arasında zərərçəkən yoxdur. Zərərsizləşdirilmiş şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.

***

Bir neçə dəiqə öncə Xırdalanda atışma baş verib.

BAKU.WS Yenicag.az-a istinadən xəbər verir ki, hüquq mühafizə orqanlarının terrorçulara qarşı keçirdiyi əməliyyatda silahlı qarşıdurma yaşanıb. Tərəflər arasında atışma Xırdalan şəhəri, Quşçuluq massivində olub. Terrorçuların zərərsizləşdirildiyi bildirilir.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ