VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Maliyyə Nazirliyinin tətbiq etdiyi inzibati cərimələr "ASAN ödəniş” sistemi vasitəsi ilə ödəniləcək.

BAKU.WS
-in məlumatına görə, Maliyyə Nazirliyinin Kollegiyası bununla bağlı "Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, nazirlik inzibati xəta törətmiş şəxsin elektron kabinetində yerləşdirilməsi, onun məlumatlandırılması, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi və inzibati cərimələrin elektron qaydada ödənilməsi imkanının təmin edilməsi üçün "ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də göstərilən məlumatları real vaxt rejimində "ASAN ödəniş” sisteminə ötürəcək.

Qeyd edək ki, indiyə qədər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Nəqliyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "ASAN ödəniş” sisteminə qoşulub.  "ASAN ödəniş” sisteminin iştirakçıları real vaxt rejimində  inzibati xəta haqqında iş üzrə qərarı və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolu, məhkəmə qərarını, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan inzibati xətaların törədilməsinin foto və ya video görüntülərini, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə təyin olunmuş ballar barədə məlumatı, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddəti və müddətin bitməsi barədə məlumatları, inzibati xəta törətmiş fiziki şəxsin şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və fərdi identifikasiya nömrəsini (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN), yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi nəqliyyat vasitəsinin istifadəçisi fiziki şəxsdirsə - qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini, elektron ünvanını (olduğu halda), sürücülük vəsiqəsində olan məlumatları, hüquqi şəxsdirsə - həmin nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını, məhkəmə qərarına əsasən xeyrinə ödəniş aparılacaq şəxsin bank hesabı nömrəsini, vəsatətə və ya şikayətə baxılmasının nəticəsi barədə inzibati xəta haqqında iş üzrə qərarı və ya məhkəmə qərarını və sistem iştirakçısının və operatorun sistemin fəaliyyəti ilə bağlı zəruri hesab etdiyi digər məlumatları sistemə göndərməlidirlər. Eyni zamanda sistem tərəfindən istifadəçinin (inzibati xəta törətmiş şəxsin) mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, İnzibati Xətalar Məcəlləsinin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunduğu, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, məhkəmə qərarının nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumat dərhal göndəriləcək. SMS-lərin göndərilməsinin nəticələri barədə məlumatlar sistem tərəfindən real vaxt rejimində sistemin iştirakçılarına ötürüləcək.

Ziya Səccad

BAKU.WS