SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
"Bu gün quşçuluq fabriki ilə tanış olarkən mənə, ümumiyyətlə, Aran iqtisadi rayonunda və Ucar rayonunda gedən proseslər, ayrılmış kreditlər haqqında məlumat verildi. Dövlət öz tərəfindən sahibkarları dəstəkləyir, güzəştli kreditlər verir, texnika, gübrə ilə təmin edir, şərait yaradır, siyasi dəstək də var. Sahibkar da gərək işləsin".
 
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Ucar rayonuna səfəri zamanı deyib. Dövlət başçısı bildirib ki, gərək yerli icra orqanları da sahibkarlara kömək etsin, mane olmasın:
 
"Onda sahibkarlıq daha da sürətlə inkişaf edəcək. Mən demişəm, bir daha demək istəyirəm, iqtisadiyyatımız elə işləməlidir ki, biz neftin qiymətindən asılı olmayaq. Hələ ki, asılıyıq. Bax, neftin qiyməti iki dəfədən çox düşüb, gəlirlərimiz azalıb. Ancaq biz qeyri-neft sektorumuzu daha da sürətlə inkişaf etdirsək, onda neftin qiyməti düşdü, ya qalxdı o qədər də əhəmiyyət daşımayacaq. Bax, bu, əsas istiqamətlərdir və bu istiqamətlər prioritet təşkil edir".

İlham Əliyevin sözlərinə görə, Ucar rayonu bundan sonra daha da gözəlləşəcək: "Çünki siz burada belə gözəl şərait yaratmısınız. Mən buna çox sevinirəm. Mən son dəfə burada 2011-ci ildə olmuşam, çox böyük dəyişikliklər var. Dəyişikliklər münasibətilə sizi təbrik edirəm və yeni uğurlar arzulayıram".
 
BAKU.WS