055 213 76 73
Azərbaycan prezidenti İlham Əliyev Günay Əfəndiyevaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi ilə bağlı sərəncam imzalayıb.
BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram. Günay Elçin qızı Əfəndiyevaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilsin".
Qeyd edək ki, Günay Əfəndiyeva xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.
BAKU.WS