Türkiyənin Şırnak şəhərində terrorçuların yolda quraşdırdıqları bomba nəticəsində zirehli hərbi vasitə partladılıb.
 
BAKU.WS-in məlumatına görə, partlayışda 5 əsgər şəhid olub, 8 əsgər yaralanıb.

Bölgəyə çox sayda təcili yardım göndərilib. Partlayışdan sonra təhlükəsizlik qüvvələri də əraziəyə cəlb edilib. Şəhid və yaralılar təcili yardımlarla müxtəlif xəstəxanalara aparılıb. 
 
 
Son məlumata görə, bəzi yaralıların vəziyyəti ağırdır. 

Partlayış hadisəsindən sonra bölgədə geniş əməliyyat başlayıb. 
 
BAKU.WS