SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Atatürk Havalımanında meydana gələn terror aktından sonra ilk dəfə danışıb.


BAKU.WS-in məlumatına görə, prezident terror hücumunu şiddətlə qınayıb, bu dəhşətli hadisədə dünyasını dəyişən vətəndaşlara Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyib.


"Mübarək Ramazan ayında meydana gələn bu hücum, terrorun, inanc daxil heç bir dəyər güdmədən, qurbanları arasında ayrı-seçkilik etmədən hərəkət etdiyini göstərib. Bu hücum, terror təşkilatlarının, günahsız vətəndaşları hədəf alan qaranlıq üzünü bir dəfə daha ortaya qoyub. Türkiyə, terror təşkilatlarına qarşı mübarizədə ödədiyi bütün cəzasını çəkməsinə baxmayaraq, sonuna qədər davam edəcək gücə, imkana malikdir”.


Qeyd edək ki, son məlumata görə, terror hadisəsi zamanı 36 nəfər ölüb, 147 nəfər yaralanıb. İtkilərin sayının artacağı istisna olunmur.

 

BAKU.WS