VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransı keçirib.
 
BAKU.WS-in məlumatına görə, Ərdoğan çıxışında Ankarada baş verən terror hadisəsindən danışıb. Prezident bildirib ki, Kızılay meydanın törədilən terror aktı Türkiyədəki 79 milyon insanın hamısına edilmiş hücumdur:
 
"Bu terror aktını törədənlər cani və alçaq üzünü bir dəfə daha göstərib. Hücumun hədəfi, millətimiz arasına qorxu salmaq, Türkiyəni hədəfindən, müqəddəs yerişindən, iddialarından döndərməkdir. Amma bunu əsla bacara bilməyəcəklər, bu, mümkün deyil. Terroru maşa olaraq istifadə edərək günahsızların qanları üzərindən hesab görmək istəyənlər Türkiyəyə əsla diz çöktürə bilməyəcəklər. Tam əksinə özləri diz çökəcəklər".

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Ankaradakı terror aktından dərhal sonra göstərdiyi birlik bərəbarəlik addımı bu ölkənin qara gün dostu olduğunu göstərib: "Terrora dəstək verməyi, terroristə arxa olmağı "azadlıq" deyə təqdim edənlər, daha cənazələrimiz dəfn edilmədən siyasi divident arxasınca qaçanlar bu qardaşlıq mesajından lazımlı dərsi almalıdırlar. Bu cür hadisələr və verilən reaksiyalar əsl məsələnin ruh və könül birliyi olduğunu açıqca ortaya qoyur". 
 
Şahin Həbibov
BAKU.WS