SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Ermənistan hökumətində seperatçı rejimin "müstəqilliyinin" tanınması məsələsi müzakirə olunub.
 
BAKU.WS-in məlumatına görə, parlamentin Xarici Əlaqələr üzrə komissiyasında sözügedən qanun layihəsi müzakirəyə çıxarılıb. Deputatların əksəriyyəti qanun layihəsinə müzbət rəy verməyib. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib ki, hökumət bu mərhələdə seperatçı rejimin tanınmasını məqsədə uyğun hesab etmir. onun sözlərinə görə, bu proses danışıqlara mane ola bilər.
 
Bununla yanaşı, Koçaryan qeyd edib ki, bu gün Qarabağ probleminin nizama salması üzrə danışıqlar prosesi haqqında danışmaq mənasızdır, çünki başlanğıc üçün atəşin dayandırılmasına ehtiyac var. 

Komissiyanın sədri Artak Zakaryan isə bu mərhələdə qanun layihəsinin qəbul edilməsinin yolverilməz olduğunu söyləyib. O, həmçinin yaxın vaxtlarda bu məsələ ilə bağlı qapalı iclas çağırılacağına söz verib.

Komissiyanın üzvü, deputat Tevan Poqosyan isə bu məsələnin müzakirəsini təxirə salmağı, Vyanada prezidentlərin görüşünün nəticələrini gözləməyi təklif edib. O qeyd edib ki, tanınma məsələsi diplomatik alətidir. Deputat bu alətdən düzgün istifadə etməyin vacib olduğunu vurğulayıb. 
 
BAKU.WS