SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasında baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
 
BAKU.WS nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 27-də saat 23 radələrində Naxçıvan şəhəri ərazisində şəhər sakini Məhərrəm Bağırov idarə etdiyi "Hyundai” markalı avtomobillə yolu keçən həmyerliləri Səkinə Abdullayevanı və Pərvanə Əliyevanı vurub. Xəstəxanaya yerləşdirilmiş S.Abdullayeva və P.Əliyeva aprelin 28-də orada ölüblər.
 
Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən "Hyundai" markalı 85 CF 754 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Məhərrəm Bağırov Naxçıvan şəhər Təhsil Şöbəsində baş mühasib işləyir.
 
BAKU.WS