Bir neçə rayonda leysan yağıb - FAKTİKİ HAVA

15
iyl
2020
17:33
Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.
Xidmətdən BAKU.WS-ə bildirilib ki, iyulun 15-i saat 17:00-a olan məlumata əsasən, Xınalıq, Daşkəsən, Oğuz, İsmayıllı, Altıağac, Xaltan, Qrız, Qəbələ, Şamaxı, Mərəzədə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.
Düşən yağışın miqdarı Şamaxıda 23, Dəmiraparançay-Qəbələdə 21 mm olub. Leysan nəticəsində Dəmiraparançay və Pirsaatçay Poladlıdan sel keçib.
Saat 14:30-da Qəbələ rayonunun dağlıq ərazilərinə xırda dənəli dolu düşüb.
Şimal-qərb küləyi Qəbələdə 24 m/s, Göyçayda 18 m/s-dək güclənib.
Oxşar xəbərlər
Ölkənin bəzi ərazilərində şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
İyulun 12-si səhərədək ölkə ərazisində bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Milli Hidrometeorologiya Xidmətindən BA...