Xınalığa 50 santimetr qar yağıb

10
fev
2020
11:43
Qubanın Qrız kəndində mənfi 22, Xınalıqda isə mənfi 20 dərəcə temperatur qeydə alınıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 50 santimetrə çatıb.
Qubanın Qrız kəndində qarın hündürlüyü 42, Xaltanda 20, Xızının Altıağac qəsəbəsində 28, Qubanın mərkəzində 15, Şabranda 3 , Qusarın Yasab kəndində isə 16 santimetr olub.
Oxşar xəbərlər
Azərbaycanda ən çox qar hara yağıb? - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə bağlı məlumat yayıb. Nazirlikdə...
