SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ilin ilk Günəş tutulması olub.

“Report” xəbər verir ki, tutulma hadisəsi aprelin 8-də Bakı vaxtı ilə saat 19:42-də başlayıb və aprelin 9-u saat 00:52-də sona çatıb.

Tutulma hadisəsi 5 saat 10 dəqiqə 7 saniyə, tam tutulma prosesi isə 3 saat 16 dəqiqə 45 saniyə davam edib.

Tam tutulmanı Meksikadan, ABŞ və Kanadadan izləmək mümkün olub. Qismən tutulma isə Şimali Amerikanın, demək olar ki, hər yerindən, Atlantik və Sakit okeandan görünüb.

Azərbaycan ərazisində Günəş üfüqdən aşağıda olduğu üçün bu hadisə müşahidə edilməyib.

Qeyd edək ki, 2024-cü ilin 2-ci Günəş tutulması oktyabrın 2-də baş verəcək. Tutulma halqavari Günəş tutulmasıdır. Ay Yerdən uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq halqa yaranır.

BAKU.WS