SİZİN REKLAM BURADA!
055 213 76 73


Saat 20:00-a olan məlumata əsasən cənub-qərb küləyinin maksimal sürəti arabir Qobustanda 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,5 metrə çatıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan Muxtar Respublikasında 25, Aran rayonlarında 23, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub.

BAKU.WS