SİZİN REKLAM BURADA!
055 213 76 73


Gələn həftə ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi proqnozlaşdırılır.

BAKU.WS xəbər verir ki, mobil telefonların hava proqnozu tətbiqlərində yanvarın 20-si gecəsi havanın temperaturunun -1 dərəcə olacağı proqnozlaşdırılır.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əsasən yağmursuz hava şəraitinin üstünlüyü, lakin bəzi şərq rayonlarında və Abşeron yarımadasında səhər saatlarında duman, çiskinli olacağı gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələrək iqlim normasına yaxınlaşacaq.

Gündüz saatlarında Bakıda və Abşeron yarımadasında 5-7° isti, dağlıq rayonlarda 0-5° şaxta, aran rayonlarında 5-8°isti olacaq.

BAKU.WS