Peşə təhsili üzrə "Dərs vaxtı"nın sabaha olan CƏDVƏLİ

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" kanalında yayımlanan peşə təhsili üzrə "Dərs vaxtı"nın iyulun 13-nə olan cədvəli açıqlanıb.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, sabah saat 16:20-də Mehmanxana inzibatçısı ixtisası üzrə - Konsiyerj xidmətlərinin təşkil edilməsi, 16:30-da Heyvandarlıq ixtisası üzrə - Regionda yemçiliyin əsasını təşkil edən bitkilər, 16:40-da Aqroservis mütəxəssisi üzrə - Traktorun hidravlik asma sisteminin iş prinsipi və onlara texniki xidmət, 16:55-də Əməliyyatçı-mühasib ixtisası üzrə - Əsas vəsaitlərin alışı, satışı və silinməsi dərsləri olacaq.
Oxşar xəbərlər
Peşə məktəblərində oxumaq istəyənlərin NƏZƏRİNƏ!
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, həmçinin Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot peşə təhsil proq...