SİZİN REKLAM BURADA!
055 213 76 73


Təhsilin onlayn formata keçməsinə COVID 19-dan daha böyük bir səbəb ola bilməzdi. Biz çox uzun müddətdir ki, buna doğru gəlirdik. Dövlət proqramlarına müraciət edirdik, büdcə ayırırdıq, layihələr həyata keçirirdik. Buna baxmayaraq nəticə əldə edə bilmirdik.

Necə deyərlər medalın iki tərəfi var və karantində keçən 52 gün ərzində Təhsil Nazirliyi televiziyada Dərs Vaxtı, Virtual Məktəb (virtual.edu.az), bütün dərsliklərin onlayn mövcud olduğu E-derslik layihələrinə start verdi.  Eyni zamanda DİM şagirdlərinin evdən imtahanlara hazırlaşması üçün www.otk.az internet səhifəsində pulsuz sınaq imtahanları təşkil edildi.

Öz növbəsində Təhsildə İnkişaf və İnnovasiya Mərkəzi olan Dərs Evi artıq sentyabrdan  blended təhsil formatına keçməyi planlaşdırırdı (“blended” ingilis dilindən tərcümədə "qarışıq" deməkdir). Blended formatı ənənəvi təhsil ilə onlayn təhsilin üstünlüklərini özündə birləşdirir. Mərkəz E-ders elektron platformasını hazırlayır. Burada şagirdlər tədrisdəki irəliləyişini izləyə, yazılmış video dərslərə baxa, onlayn rejimdə ev tapşırıqlarını yerinə yetirə biləcəklər və bununla da vaxta qənaət etmiş olacaqlar.

Koronavirus pandemiyası oyuna öz qaydalarını daxil etdi və martın 5-də, karantinin elan olunmasından bir gün sonra Dərs Evi onlayn tədrisə başladı.

Etiraf etmək lazımdır ki, hər şey göründüyü qədər asan deyildi. Ənənəvi dərsi olduğu kimi onlayn formata keçirmək olmaz. Çoxları dərsləri məhz bu cür həyata keçirərərək onlayn tədris barədə mənfi imic formalaşdırır və bu formatın effektiv olmaması istiqamətində ittihamlar üçün zəmin yaradır.

Onlayn təhsilin fərqləndirən bir çox məqam var: dərslərə hazırlıq, sual-cavab reqlamenti, şagirdlərin interaksiyası və materialın təqdim edilməsi. Eyni zamanda eyni ilə sinifdə olduğu kimi şagirdlər tapşırıqları yerinə yetirir, bir-biri və müəllim ilə ünsiyyət qurur və suallara cavab verirlər. Onlayn dərs üçün şagirdlərin ehtiyac duyduğu yeganə şey – rəqəmsal cihaz, internet və sakit bir mühitdir. Formatın danılmaz üstünlükləri –  dərsləri yenidən izləmək imkanı və münasib qiymətdir.

Karantin dövründə Dərs Evi şagirdlər, abituriyentlər, SAT, IELTS imtahanlarına hazırlaşanlar və sadəcə xarici dil öyrənən tələbələr üçün 1000-dən çox vebinar keçirib. Bununla yanaşı, tələbələr öyrəndikləri materialı unutmasınlar deyə mərkəz internet səhifəsində pulsuz onlayn testlər təqdim etdi. Bundan əlavə, şagirdlər və onların valideynlərinə psixoloji dəstək göstərmək məqsədi  ilə vebinarlar keçirilir.

Şagirdlər üçün seminarlarla yanaşı, Dərs Evi həmkar müəllimlər üçün Teachers Academy  layihəsinə də start verdi. Layihə çərçivəsində onlayn dərsləri necə effektiv keçmək olar mövzulu vebinarlar keçirilir.   

Əminliklə deyə bilərik ki, artıq bütün şagirdlər onlayn dərslərlə tanışdır. Bəzi şagirdlər üçün bu  təcrübəni uğurlu adlandırmaq olmaz. Lakin Dərs Evi şagirdləri bu təcrübəni sizinlə məmnuniyyətlə paylaşacağımız mahnıya çevirdilər!

]

Təhsildə İnkişaf və İnnovasiya Mərkəzi olan Dərs Evi 2015-ci ildə dünya təcrübəsinin Azərbaycanın təhsil proqramı ilə birləşdirilməsinin nəticəsi kimi yaradılıb.

BAKU.WS
QALEREYA