SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərbaycan təhsil sistemi dünyanın aparıcı təhsil sistemlərində olan yenilikləri istifadə etməli və onlardan yararlanmalıdır".

BAKU.WS-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, Azərbaycan dövləti bu istiqamətdə kifayət qədər sistemli və davamlı addımlar atır: "Ali təhsil müəssisələrimiz bundan faydalanmalıdır".

Nazir qeyd edib ki, 2018-ci ilin sonunda Prezident İlham Əliyev tərəfindən 2019-2023-cü illəri əhatə edən "Azərbaycan ali təhsil sisteminin beynəxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın iki istiqaməti mövcuddur:

"İstiqamətlərdən biri Azərbaycanın ali təhsil müəssisələrinin ölkənin sosial-iqtisadi inkişaf prioritet istiqamətlərinə uyğun olaraq bir sıra ixtisaslar üzrə dünyanın aparıcı universitetləri ilə ikili diplom proqramlarının təsis edilməsi və onların genişləndirilməsidir. Azərbaycanda belə proqramlar kifayət qədər mövcuddur. Ancaq tələb ondan ibarətdir ki, müvafiq dərəcədə həmin proqramların sayı və çeşidi artsın.

İkinci istiqamət isə gənc alimlərimizin, tədqiqatçılarımızın,I o cümlədən dünyanın aparıcı təhsil müəssisələrində doktorantura təhsilinə cəlb olunması və həmin təhsilin dövlət vəsaitləri hesabına maliyyələşdirilməsini özündə ehtiva edir. Məhz həmin istiqamətin ali təhsil müəssisələrimizin bazasına və potensialının artırılmasına xidmət etməsini nəzərə alaraq Dövlət Proqramına uyğun olaraq Təhsil Nazirliyinin təşəbbüsü ilə hazırlanan müqavilə forması üçtərəfli nəzərdə tutulub. Bunun bir tərəfi Təhsil Nazirliyi, bir tərəfi doktorantura təhsili həyata keçiriləcək xarici ali təhsil müəssisəsi, bir tərəfi isə məhz onu tövsiyə edən Azərbaycan ali təhsil müəssisəsidir. Azərbaycan ali təhsil müəssisəsinin tövsiyəsi ilə həmin adamın doktorantura təhsilinin maliyyələşdirilməsi həyata keçiriləcək. Nəticə budur ki, həmin adam yüksək ixtisaslı kadr olaraq geri qayıtsın və Azərbaycan ali təhsil sisteminə öz töhfəsini versin".

BAKU.WS