SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir müddət əvvəl mediada bir xəbər getmişdi ki, Yeni Ramana qəsəbəsində “İki qardaş” mağazası yaxınlıqdakı məktəbin əla qiymət alan şagirdlərinə kitab hədiyyə edir.

BAKU.WS xəbər verir ki, Təhsil Nazirliyi də bu təşəbbüsü dəyərləndirərək həmin mağazaya 30-dək kitab hədiyyə edib.

Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqədar şöbəsinin sektor müdiri Cəsarət Valehov məlumat verib. O, mağazada olduğu zaman əla qiymət alan şagirdlərə hədiyyə də verib.

Qeyd edək ki, mağazasının həyata keçirdiyi aksiyanın devizi “Gündəliyində “5”  göstər, hədiyyə qazan”dır. Məlumata görə, gündəlik təxminən 20-30 şagird bu aksiyadan yararlanır.
BAKU.WS
QALEREYA