Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müsabiqədə iştirak etmiş abituriyentlərə müraciət edib.

DİM-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, müsabiqəyə buraxılmış və ixtisas seçimində iştirak etmiş abituriyentlərin nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur. 

Abituriyentlər DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.
 
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ