SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxil olmuş müraciətləri nəzərə alaraq, xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2023-cü il üçün həyata keçirilən son sənəd qəbulunun müddəti uzadılıb.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti oktyabrın 10-u saat 23:59-dək uzadılıb.
 
Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı , elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.
 
Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət oluna bilər.
BAKU.WS