SİZİN REKLAM BURADA!
055 213 76 73


Biləsuvar rayonunda bir sinfin bütün şagirdləri ali təhsil müəssisəsinə qəbul olub.

"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar şəhər N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbin 11a sinfinin məzunları yüz faiz nəticə əldə edib.

Belə ki, bu sinifdə orta təhsilini başa vuran 16 şagirdin hər biri ali məktəbə qəbul olub. Onlardan ən çox balı Əliyeva Aynur Amil qızı toplayıb. O, 634 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

Qeyd edək ki, Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin 11a sinfinin məzunları da (19 nəfər) yüz faiz nəticə göstərərək ali məktəbə qəbul olublar.

BAKU.WS