SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə liderdir.

BAKU.WS xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin 2023/2024-cü tədris ili üçün açıqladığı Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən, ölkə üzrə ən yüksək keçid balı SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) informasiya təhlükəsizliyi ixtisasında qeydə alınıb.

Ali Məktəbin informasiya təhlükəsizliyi ixtisasında dövlət sifarişi üzrə keçid balı 673,3 olub ki, bu da ölkə ali təhsil müəssisələri arasında ən yüksək keçid balıdır. Liderliyini qoruyan BANM digər ixtisasları üzrə də keçid balına görə ilk sıralardadır.
Bu il BANM-in dövlət sifarişi ilə kompüter mühəndisliyi ixtisası üzrə keçid balı 659,7 bal, kimya mühəndisliyi ixtisasına keçid balı 646,5 bal, biznesin idarə edilməsi ixtisasına 640,1 bal, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına 635,6 bal, neft-qaz mühəndisliyi ixtisasına isə 621,0 bal olub.

 

BAKU.WS