SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeni tədris ilində peşə təhsili sahəsi üzrə ən çox plan yeri ayrılan ixtisaslar açıqlanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov deyib ki, ilk sırada keçən il olduğu kimi, aşpaz və dərzi peşələri dayanır.

Onun sözlərinə görə, yeni tədris ilindən yüksək texniki peşə sahəsi üzrə iki yeni ixtisas - Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, Kənd təsərrüfatı və inşaat texnikasının istismarı, texniki peşə sahəsi üzrə isə üç yeni ixtisas - Rabitə quraşdırıcısı kabeli, Kombi və kondisioner ustası, eləcə də unüyütmə istehsalının aparatçısı tədris olunacaq.

BAKU.WS
QALEREYA