Tramp: Hindistan avqustun 1-dən 25 faizlik tariflə ödəniş edəcək
ABŞ Prezidenti Donald Tramp Hindistanın Çinlə birlikdə Rusiyadan ən çox enerji idxal edən ölkələrdən biri olduğunu bildirib və bu səbəbdən 1 avqustdan etibarən Hindistana qarşı 25 faiz tarifə tətbiq ediləcəyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, Tramp bu barədə Truth Social hesabında paylaşım edib.
ABŞ lideri Hindistanın dost ölkə olduğunu vurğulasa da, "Buna baxmayaraq, illərdir Hindistanla nisbətən az ticarət edirik. Çünki bu ölkədə gömrük tarifləri çox yüksəkdir – dünyanın ən yüksək tariflərindən biridir. Üstəlik, qeyri-maliyyə xarakterli ən sərt və çətin ticarət maneələrinə sahib ölkələrdən biridir", – deyə qeyd edib.
Tramp həmçinin Hindistanın silah idxalının əsasən Rusiyadan həyata keçirildiyini və Çinlə birlikdə Rusiyanın enerji resurslarının ən böyük alıcıları sırasında yer aldığını bildirib: "Bunlar heç də yaxşı deyil. Bu səbəbdən Hindistan 1 avqustdan etibarən 25 faiz tarifə tabe olacaq".
O, bu səbəblərlə Hindistanın tarifə əlavə olaraq "cərimə" də ödəyəcəyini bildirib.
Oxşar xəbərlər
Türkiyəyə ixrac ediləcək 163 ton alma məhsulunda normadan artıq pestisid aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində "Fueqo" MMC-yə və fiziki şəxs İlkin Cahan oğlu Həsənova məxsus Türkiyəyə ixrac üçün nəzərdə tutulan ümumi çəkisi 163.4 ton alma...