"SOCAR Karbamid" daxili bazarın tələbatını tam təmin edir
"SOCAR Karbamid" zavodu ölkə daxilində karbamidə olan tələbatın tam şəkildə ödənilməsini təmin edir. Bu isə ümumi istehsal həcminin 12 faizinə bərabərdir.
BAKU.WS xəbər verir ki, bu barədə SOCAR Karbamid Zavodunun direktoru Kutay Durna müəssisənin Dünya İqtisadi Forumunun "Qlobal Mayak" Şəbəkəsinə üzv qəbul olunması ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.
Direktorun sözlərinə görə, zavod 2024-cü il ərzində Türkiyə, Ukrayna, Bolqarıstan, Rumıniya və Kanada bazarlarına məhsul ixrac edib.
O qeyd edib ki, logistik məhdudiyyətlər aradan qalxarsa, ABŞ bazarına da ixrac imkanları mövcuddur. Kutay Durna vurğulayıb ki, "SOCAR Karbamid" beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsul istehsal edir və zavodun illik istehsal gücü 650 min ton təşkil edir.
Qalereya
Oxşar xəbərlər
Venesuelaya neft satışından milyonlar gəlməyə başladı
Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodrigez bildirib ki, ölkə neft satışından 300 milyon dollar gəlir əldə edib. BAKU.WS xəbər verir ki, bu məbləğ ABŞ...